Menyu

Tramp maliyyə saxtakarlığı ilə bağlı ifadə verəcək

Tramp maliyyə saxtakarlığı ilə bağlı ifadə verəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən "Trump Organization"un maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmə iclasında ifadə verəcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Tramp özü məlumat yayıb.

"Mən həqiqəti deyirəm, demək istəyirəm ki, edə biləcəyim tək şey həqiqəti söyləməkdir. Və həqiqət odur ki, heç bir hadisə yoxdur. Mən mütləq ifadə verəcəm", - Tramp qeyd edib. 

Porno aktrisa Stormi Daniels ilə bağlı işin araşdırılmasına səbəb 2018-ci ilin yanvarında "The Wall Street Journal"ın nəşr etdiyi xəbər olub. Qəzetin yazdığına görə, Trampın 2016-cı il seçkilərində qalib gəlməsindən bir ay əvvəl onun vəkili Maykl Koen aktrisaya 2006-2007-ci illərdə Trampla münasibəti barədə məlumat yaymaması üçün ona 130 min dollar ödəyib.

Teqlər:

"Tramp maliyy\u0259 saxtakarl\u0131\u011f\u0131 il\u0259 ba\u011fl\u0131 ifad\u0259 ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər