Türkiyədə silahlı hücum: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
İstanbulun Beyoğlu məhəlləsində silahlı hücum baş verib, 1 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Belə ki, 3 şübhəli şəxs Mehmet Akif Ersoy səmtindəki Etibank küçəsinə gələrək silahla atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər daha sonra hadisə yerindən qaçıblar.
Hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Əraziyə polis və tibb qrupları göndərilib. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Polis qrupları hadisə yerində təhlükəsizlik zolağı quraraq, qaçan şübhəlilərin tutulması üçün araşdırma başladıb.