Menyu

İsrail qırıcıları Hizbullah hədəflərini vurub

İsrail qırıcıları Hizbullah hədəflərini vurub

İsrail qırıcıları Livanın cənubunda Hizbullah hərəkatının bir sıra hərbi obyektlərinə zərbələr endirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı Tayr Harfa, Alma əl-Haeb və Yarine bölgələrində Hizbullahın bir sıra hərbi obyektlərinə hücum edib", - deyə məlumatda bildirilir.

"Bu gün səhər saatlarında Livandan İsrail ərazisinə bir neçə tank əleyhinə raket atıldığı qeydə alınıb", - mətbuat xidməti əlavə edib. 

Bundan əlavə, Livandan uçan Hizbullaha məxsus PUA-nın Kfar Blum bölgəsinə düşdüyü bildirilir. 

Teqlər:

"\u0130srail q\u0131r\u0131c\u0131lar\u0131 Hizbullah h\u0259d\u0259fl\u0259rini vurub"

Əlaqəli Xəbərlər