Ağ Ev: ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün hər şeyi edəcək
Yaxın Şərqdəki vəziyyət ABŞ-yə təsir edir, Vaşinqton bölgədəki qoşunlarını və obyektlərini qorumaq üçün hər şeyi edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında bildirib.
"Əlbəttə ki, çoxlu sayda hərbçimiz İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq və Suriyadadır. Buna görə də, orada baş verənlər, şübhəsiz ki, bizə təsir edir", - deyə Kirbi qeyd edib.
Kirbinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden son günlərdə, eləcə də şənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində açıq şəkildə bildirib ki, Vaşinqton Qərb bölgəsindəki qoşunları, gəmiləri və obyektləri qorumaq üçün lazım olan bütün addımları atmağa hazırdır.