Menyu

ABŞ kəşfiyyatı İbrahim Kalından vasitəçi olmağı istəyib

ABŞ kəşfiyyatı İbrahim Kalından vasitəçi olmağı istəyib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bu həftənin əvvəli Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalına zəng edərək, ondan İranın gözlənilən zərbəsi ilə bağlı vəziyyəti həll etmək üçün vasitəçilik səyləri göstərməsini istəyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə TRT telekanalı təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb.

"MKİ direktoru Börns Ramazan bayramı zamanı (10 aprel) MİT rəhbəri İbrahim Kalına zəng edib və ondan İranın İsrailə hücumu ilə bağlı vəziyyət kontekstində vasitəçi kimi çıxış etməsini istəyib", -  telekanalın mənbələri məlumat verib.

İddialara görə, Kalın Börns ilə Qəzza zolağında atəşkəs perspektivləri ilə bağlı məsələləri də müzakirə edib. MKİ rəhbəri ilə söhbətdən sonra Kalın HƏMAS qruplaşmasının nümayəndələri ilə əlaqə saxlayıb. 

 

Teqlər:

"AB\u015e k\u0259\u015ffiyyat\u0131 \u0130brahim Kal\u0131ndan vasit\u0259\u00e7i olma\u011f\u0131 ist\u0259yib"

Əlaqəli Xəbərlər