Yeddilik Qrupu (G7) İranın İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi məlumat verib.
"İranla bağlı konstruktiv müzakirə aparıldı. Biz həmçinin sanksiya tədbirləri üzrə koordinasiyalı səyləri müzakirə etdik, bəzi maneələri aşmağa çalışacağımızı düşünürəm", - diplomat bildirib.
Qeyd edək ki, İranın İsrailə qarşı əməliyyatı aprelin əvvəlində İran Silahlı Qüvvələrinin elit bölmələrinin yeddi yüksək rütbəli zabitinin, o cümlədən iki generalın konsulluq bölməsinə hədəflənmiş hava zərbəsi nəticəsində öldürülməsinə cavab olaraq bazar günü gecə həyata keçirilib.