Menyu

Konqoda torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb

Konqoda torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb

Konqo Demokratik Respublikasının cənub-qərbində güclü yağışlar nəticəsində azı 12 nəfər ölüb, 50-dən çox insan itkin düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Qeyd edilib ki, sürüşmə şənbə günü günorta radələrində Kvilu əyalətinin Dibaya-Lubve kommunasında baş verib.

Qubernator vəzifəsini icra edən Felisien Quivie bildirib ki, indiyədək 9 qadın, 3 kişi və bir uşaq olmaqla 12 cəsəd dağıntılar altından çıxarılıb.

İqlim ekspertləri deyirlər ki, Konqoda zəif şəhər planlaması və zəif infrastruktur icmaları ekstremal yağışlara qarşı daha həssas edir və bu yağışlar Afrikada temperatur yüksəldikcə daha intensiv və tez-tez olur.

Teqlər:

"Konqoda torpaq s\u00fcr\u00fc\u015fm\u0259si n\u0259tic\u0259sind\u0259 12 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər