15 Aprel 2024, 10:49
"Telegram" stikerləri birbaşa tətbiqin özündə yaradıla bilər

Artıq "Telegram" istifadəçiləri tətbiqdə olan redaktordan istifadə edərək asanlıqla öz stikerlərini yarada bilərlər.
"Operativ Media" xəbər verir ki, bu barədə şirkət bloq yazısında bildirib.
Yeni stiker yaratmaq üçün istənilən söhbətin giriş sətrində stiker şəkli olan düyməni sıxmaq və açılmış paneldə (+) düyməsini seçməklə redaktora getmək kifayətdir. Burada proqram daxilində şəkli kəsmək, fonu silmək, mətn, emoji, GIF və ya animasiya stikerləri əlavə etmək mümkündür.
"Telegram" özü süni intellektdən istifadə edərək fotoşəkilin təhlili əsasında bəzi emojiləri (məsələn, pişik, it və ya avtomobil) təklif edəcək.
Tətbiqin nümayəndələri artıq rəsmi bloqda aprel ayında bizi daha 16 yeni funksiyanın gözlədiyini bildiriblər.