Menyu

Türkiyənin naziri və TCMB sədri ABŞ-a səfər edəcək

Nərmin Qocamanlı
Türkiyənin naziri və TCMB sədri ABŞ-a səfər edəcək
1 dəq oxu

Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək və Mərkəzi Bankın sədri Fatih Karahan sabah Vaşinqtona gedəcək. İkili paytaxtda BVF-Dünya Bankının müntəzəm görüşlərində iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Bildirilib ki, Mehmet Şimşək Vaşinqton təmaslarından sonra aprelin 22-də Nyu-Yorkda keçiriləcək ayrı bir investor görüşünə qatılacaq. Görüşlərdə Türkiyənin yeni iqtisadi siyasətləri, hədəfləri və Orta Müddətli Proqramdakı islahatları beynəlxalq investorlara izah ediləcək. İştirakçılar fürsətləri qiymətləndirməyə dəvət olunacaqlar.

Əlaqəli Xəbərlər