Menyu

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Nərmin Qocamanlı
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb
1 dəq oxu

İndoneziyanın Sulavesi adasında ötən gün baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib, 2 nəfərdən isə xəbər yoxdur.

"Operativ Media" xəbər verir ki, bu barədə Makassar şəhərinin axtarış-xilasetmə rəisi Mexianus Bekabel açıqlayıb.

Səlahiyyətlilər itkin düşən iki nəfərdən xəbər olmadığını, bölgədə yağan duman və yağış səbəbiylə axtarış-xilasetmə işlərinin yarımçıq qaldığını bildirib.

Sulavesi adasının Tana Toraja bölgəsində baş verən sürüşmədə 4 ev torpaq altında qalıb.

Əlaqəli Xəbərlər