Menyu

Qəzzada ölənlərin sayı 33 min 797 nəfərə çatıb

Nərmin Qocamanlı
Qəzzada ölənlərin sayı 33 min 797 nəfərə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzada həyata keçirdiyi hücumlarda 33 min 797 nəfər ölüb, 76 min 465 nəfər isə yaralanıb.

"Operativ media" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi 192 gündür Qəzzada davam edən hücumlarla bağlı məlumat verilib.

Bildirilib ki, son 24 saatda həyata keçirilən hücumlarda daha 68 nəfər ölüb, 94 fələstinli yaralanıb.

Hücumlarda yaralıların sayının isə 76 min 465-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Teqlər:

"Q\u0259zzada \u00f6l\u0259nl\u0259rin say\u0131 33 min 797 n\u0259f\u0259r\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər