Menyu

Ərdoğan Qətər Əmiri Şeyx Əl Sani ilə telefon danışığı aparıb

Ərdoğan Qətər Əmiri Şeyx Əl Sani ilə telefon danışığı aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, görüşdə Türkiyə ilə Qətərin münasibətləri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları və humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, İsrailin hücumlarının dayandırılması və törətdiyi insanlığa qarşı cinayətlərin cəzalandırılması üçün İslam dünyasının birlik içində səylərini artırması lazımdır.

Prezident Ərdoğan bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün İsraili mümkün qədər tez cilovlamaq və sağlam düşüncə ilə hərəkət etməyin vacib olduğunu bildirib.

Prezident Ərdoğan və Qətər Əmiri Əl Sani bir-birlərini Fitr bayramı münasibətilə təbrik ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər