Ağstafada yol-nəqliyyat hadisəsi olub
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.
Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net