Menyu

BƏƏ-də güclü yağış səbəbindən uçuşlar ləğv edilib

Nərmin Qocamanlı
BƏƏ-də güclü yağış səbəbindən uçuşlar ləğv edilib

Birləşmiş Ərəb Əmirliklərində həyata mənfi təsir göstərən güclü yağışlar səbəbindən bəzi reyslər təxirə salınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi agentliyi olan WAM məlumat yayıb.

Bildirilib ki, leysan yağışlar paytaxt Abu Dabi və Dubay şəhərləri başda olmaqla müxtəlif bölgələrdə həyata mənfi təsir edib.

Yağış səbəbindən daşqınlar baş verərkən, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan "Fly Dubai" əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edərkən, bir çox reyslər də təxirə salınıb.

Bildirilib ki, ölkədə polis və yerli administrasiyalar hazırlıq vəziyyətindədir və yağışlar çərşənbə axşamı günorta saatlarına qədər davam edəcək.

Teqlər:

"B\u018f\u018f-d\u0259 g\u00fccl\u00fc ya\u011f\u0131\u015f s\u0259b\u0259bind\u0259n u\u00e7u\u015flar l\u0259\u011fv edilib"

Əlaqəli Xəbərlər