İordaniya XİN: Ölkəmiz İran və İsrailin döyüş meydanı olmamalıdır
Nərmin Qocamanlı
İordaniya İran və İsrailin döyüş meydanı olmamalıdır.
"Operativ Media" xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Ayman əs-Səfədi bildirib..
Əl-Səfadi həmçinin münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailin baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə çağırıb.
Qeyd edək ki, aprelin 13-dən 14-nə keçən gecə İran qüvvələri İsrailə bir sıra dron və raket zərbələri endirib. Hücumun dəf edilməsində ABŞ ordusunun hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Böyük Britaniya, İordaniya və Fransadan olan qüvvələr də iştirak edib. İordaniya hava hücumundan müdafiə qüvvələri krallığın paytaxtı üzərində bir neçə raketi vurub.