17 Aprel 2024, 10:59
Durov: "Apple" və "Google" şirkətləri "Telegram"a senzura tətbiq edə bilər

"Telegram" messencerinə ən böyük təzyiq hökumət deyil, nəhəng "Apple" və "Google" şirkətləridir.
"Operativ Media" xəbər verir ki, bunu "Telegram"ın yaradıcısı Pavel Durov bildirib.
O, izah edib ki, hər iki şirkət smartfonlardan istifadə edərək hər şeyi senzura edə bilər və əgər "Telegram" onların müəyyən etdiyi qaydalara uyğun gəlməzsə, proqram mağazalarından silinə bilər:
Durov qeyd edib ki, FTB "Telegram"ın iş axını ilə həddindən artıq maraqlanıb və hətta mühəndislərdən birini işə götürməyə belə çalışıb. Bu hadisə onun ABŞ-a son səfəri zamanı baş verib. İşçinin özü messencerin təsisçisinə işə götürülmə cəhdi barədə məlumat verib.