Menyu

Tbilisidə kütləvi etirazlar yenidən başlayıb

Tbilisidə kütləvi etirazlar yenidən başlayıb

Tbilisidə parlament binası yaxınlığında bir neçə min insan yenidən xarici agentlər haqqında qanun layihəsinə qarşı mitinq keçirir. 

"Operativ Media" xəbər verir ki, etirazçılar parlamentin əsas girişinin yerləşdiyi Rustaveli prospektində tribuna qurublar. 

Siyasi çıxışlar planlaşdırılır. Ərazidə müxalifət liderləri də var. Prospekt bağlanıb. Nümayişçilərdən bəziləri binanın arxasında yerləşən qanunverici orqanın xidməti girişinə yığılıblar. İnsanlar buraya axışmağa davam edir.

Mitinqdə polis qüvvələri fəaliyyət göstərir. Xüsusi texnika, o cümlədən su şırnaqları mitinqin episentrindən 200 metr aralıda, Azadlıq meydanında yerləşdirilib.

Teqlər:

"Tbilisid\u0259 k\u00fctl\u0259vi etirazlar yenid\u0259n ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər