Avtomobil şüşələri üçün plyonka qiymətləri neçəyədir?

Redaksiya
Avtomobil şüşələri üçün plyonka qiymətləri neçəyədir?

Havaların isinməsi avtomobil təmiri yerlərində də canlanmaya səbəb olub. Nəqliyyat vasitəsinin salonunu günəş şüalarından qorumaq məqsədilə qara rəngli şüşə örtüklərinin vurulması üçün ən əlverişli vaxt da elə bu günlər hesab olunur.

Bəs qiymətlər neçəyədir?

“Operativ Media” avtomobil bazarında qiymətləri araşdırıb.

Satıcıların sözlərinə görə, son bir neçə ildə qiymətlərdə hər hansı bahalaşma müşahidə edilmir. 

“Əgər arxa şüşələrdirsə, 20 manata başa gəlir. İki şüşə 40 manat. Amma bahalı plyonkalar var ki, 90-120 manatadır. Ucuz plyonkalar 3 ay, bir il gedir. Ən çox alverçilər o plyonkalardan alırlar. Şəxsi avtomobili üçün alanlar isə bahalı plyonka çəkdirirlər. Bilirlər ki, 3-5 il işlədəcəklər”.

Satıcılar bildirirlər ki, hər il avtomobilə şüşə örtüyü vurdurmaq üçün müraciət edənlərin sayında azalma müşahidə edilir. Buna səbəb isə həm örtüklərin vurulma qaydalarında dəyişikliklərin edilməsi, həm də bu işlə məşğul olan ustaların sayının artmasıdır.

“Əvvəl icazə yox idi. Yayda plyonka vurdurub, payızda sökürdülər. Ona görə də müştəri həmişə var idi. İndi isə icazə var deyə, bir dəfə plyonka çəkdirən bir də 3 ildən sonra gəlir. Bu işlə məşğul olanlar da çoxalıb. Hər yolun kənarında görmək olur”.

Digər xəbərlər