http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Xocalı hava limanı bölgə üçün geniş imkanlar aça bilər" Hərbi ekspert

18 Aprel 2024 , 19:22
"Xocalı hava limanı bölgə üçün geniş imkanlar aça bilər" Hərbi ekspert

"Rusiya sülhməramlı kontingenti azərbaycanı tam tərk etdikdən sonra Xocalı hava limanı ölkəmizin istifadəsində olacaq. Bir neçə rayona yaxın ərazidə yerləşən aeroport bölgə üçün geniş imkanlar aça bilər”. Bunu "Operativ Media"ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 
 
Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam olaraq Azərbaycanın nəzarətinə keçəcək. Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq.
“Bildiyiniz kimi Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması üçün razılıq əldə olunub, proses davam edir. Nəzərə almalıyıq ki, Xocalı aeroportu ərazisində sülhməramlı funksiyanı yerinə yetirən Rusiya Müdafiə Nazirliyinin 15-ci motoatıcı briqadasının qərargahı yerləşirdi, yəni idarəetmə bu ərazidə yerləşir.Düşünmürəm ki, ora ilk növbədə boşaldılacaq, çünki çıxarılma prosesi oradan idarə olunur.Lakin zamanı gəlincə maksimum Rusiya kontingenti sentyabrın sonuna qədər ərazidən çıxarılacaq”.
Ekspert deyir ki, Xocalı aeroportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var.
“Xocalı aeroportu azərbaycanın həm Xankəndi, həm Ağdam,həm də Əsgəranın ərazisinə yaxın olduğundan bizim üçün həm bərpa quruculuq, həm də təhlükəsizlik məsələlərində kifayət qədər mühüm əhəmiyyət kəsb edir.Rusiya kontingenti çıxıb gedəcək,biz ondan sonra Xocalı aeroportunda zəruri olan fəaliyyətlərimizi,modernləşdirmə imkanlarının genişləndirilməsi  baxımından işləri tamamlayıb Azərbaycan vətəndaşlarının istifadəsinə verəcəyik. Xocalı aeroportunun texniki imkanları da genişləndiriləcək”.

OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın olub, ölən var

Bakıda yanğın olub, ölən var

Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO

Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO

Kruiz səyahəti neçəyə başa gəlir?

Kruiz səyahəti neçəyə başa gəlir?

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu