Menyu

"Location" gecə klubunda partlayışa görə ittiham olunanlara hökm oxunub

Operativ Media
"Location" gecə klubunda partlayışa görə ittiham olunanlara hökm oxunub

“Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Operativ Media" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, ittiham üzrə verilmiş maddələrlə təqsirli bilinərək Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il azadlıqdan məhrum edilib.

Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ruslan Məmmədova sınaq müddəti seçilməklə şərti cəza verilib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər