19 Aprel 2024, 10:20
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır şəkil
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda keçirilən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cü sessiyasında iştirak edib.

"Operativ Media" xəbər verir ki, Dövlət Agentliyinin sədri CEPA-nın “16-cı və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlı sessiyada çıxış edib.

Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi” tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Son xəbərlər
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı