Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib
Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.
Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən "Operativ Media" ya verilən məlumata görə, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil idarənin əməkdaşları tərəfindən Lökbatan dairəsi yaxınlığında saxlanılıb.
Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkarlandığından barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Teqlər:
"Narkotik vasit\u0259nin t\u0259sir alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc if\u015fa edilib"