Menyu

Yaponiya tibb işçiləri "Google"u məhkəməyə verib

Nərmin Qocamanlı
Yaponiya tibb işçiləri "Google"u məhkəməyə verib

Yaponiyada həkimlər və diş həkimləri də daxil olmaqla 63 səhiyyə işçisi “Google Xəritə"də yazılan əsassız neqativ şərhlərin onların bizneslərinə mənfi təsir göstərməsi səbəbi ilə qanuni addım atıblar.

"Operativ Media" xəbər verir ki, Tokio Bölgə Məhkəməsində "Google"a qarşı qaldırılan iddiada şikayətçi həkim-xəstə məxfiliyinə görə əsassız şərhlərə etiraz etmədiklərini, lakin "Google"un müvafiq tədbir görmədiyini iddia edib.

Paytaxt Tokioda klinika işlədən şikayətçi həkimlərdən biri açıqlamasında deyib ki, bir çox səhiyyə müəssisəsinin fəaliyyətinə böhtan, təhqir və real olmayan yazılar mane olub.

İddia 9 min dollar təzminat tələb edir.

"Google Xəritə" tətbiqində istifadəçilər bizneslər və bu bizneslərdən aldıqları xidmətlər haqqında şərhləri sərbəst paylaşa və 1 ilə 5 arasında səsvermə yolu ilə qiymətləndirə bilərlər.

Teqlər:

"Yaponiya tibb i\u015f\u00e7il\u0259ri \"Google\"u m\u0259hk\u0259m\u0259y\u0259 verib"

Əlaqəli Xəbərlər