http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qazaxın geri qaytarılan kəndləri haqqında nə bilirik?

24 Aprel 2024 , 11:12
Qazaxın geri qaytarılan kəndləri haqqında nə bilirik?

“Operativ Media” xəbər verir ki, geri qaytarılan kəndlərin adları türk tayfaları ilə bağlıdır. Qazaxın 4 kəndinin qısa tarixinə nəzər saldıqda maraqlı, lakin bir o qədər də ağrılı tarixlə üzləşirik.

Uzun illər erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı cızılan məkirli planın ilk addımı, elə bu kəndlərin birində - Bağanis Ayrımda atılır. Kənd 1990-cı ilin martın 24-də təcavüzkarlar tərəfindən tutularaq, tarixə erməni silahlı birləşmələri tərəfindən Birinci Qarabağ müharibəsi dövründə işğal edilən ilk Azərbaycan kəndi kimi düşür. Bağanis Ayrım Coğaz çayının sahilindədir. Keçmiş adı Seyid Ayrımdır. Ayrımların seyidli qoluna mənsub bu tayfa 19-cu əsrin əvvəlində 108 ailədən ibarət olub. 2009-cu ildə əhalinin siyahıya alınmasına əsasən kənd əhalisinin sayı 610 nəfər olub. Onların 288 nəfərini kişilər, 322 nəfərini qadınlar təşkil edib. 

Xeyrimli kəndinin isə keçmiş adı Dil Xeyrimlidir. 2009-cu ilin siyahıya alınmasına əsasən kənd əhalisinin sayı 290 nəfər olub. Yaşayış məntəqəsini 1990-cı ildən başlayaraq düz iki il erməni silahlı qüvvələri mütəmadi atəşə tutublar, buna baxmayaraq, kənd uzun müddət ayaqda qalmağı bacarıb. 1992-ci ilin martın 8-də isə işğal olunub.

Qızılhacılı kəndi adını qızılhacılı tayfasının götürüb. Yaşayış məntəqəsi 1992-ci il mayın 11-də Ermənistan Ordusu tərəfindən işğal olunub və dağıdılıb. Bu kəndin əhalisi isə 2009-cu ilin siyahıyaalınmasına görə 266 nəfərdir.

Aşağı Əskipara kəndi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Yaşayış məntəqəsinin adı “köhnə, qədim kənd” mənasını daşıyır. Kəndin yaranması hələ qədim Albaniya dövləti dövrünə aid olunur. Bunu orada yerləşən 6-7-ci əsrə aid alban kilsəsi də sübut edir. Aşağı Əskiparada həmçinin 16-cı əsrə aid qədim dəyirman da var. Aşağı Əskiparanın əhalisi isə 1317 nəfərdir. Kənd 14 iyun 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 

4 yaşayış məntəqəsinin geri qaytarılmasına ən çox sevinənlər məhz bu kəndlərin əzəli sakinləridir.

Biz tarixi torpaqlarımıza qayıdırıq!

OXŞAR XƏBƏRLƏR
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib

İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib

Mehriban Əliyeva xristian icmasını təbrik edib

Mehriban Əliyeva xristian icmasını təbrik edib

XƏBƏR LENTİ
  • 07:34

    Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
  • 06:56

    Portuqaliya çempionatının qalibi bəlli oldu
  • 06:47

    İsrailin müdafiə naziri Rəfahı işğal etməklə hədələyib
  • 06:37

    "Yurqarden" qələbə qazandı, Musa ehtiyatda qaldı
  • 06:30

    Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
  • Dünən
    22:59

    Si Cinpin: "Müstəqil Fələstin dövləti yaradılmalıdır"
  • Dünən
    22:40

    Türkiyədə 15 avtobus yanaraq külə döndü
  • Dünən
    22:13

    Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
Menyu