“Apple” şirkəti qeyri-qanuni qazılmış minerallardan istifadə etməkdə ittiham olunur
Nərmin Qocamanlı
Konqo Demokratik Respublikası hesab edir ki, Amerikanın “Apple” şirkəti öz məhsullarının istehsalında Konqo mədənlərində qeyri-qanuni hasil edilən minerallardan istifadə edir.
Bu barədə “Operativ Media" “Frans Press” agentliyinə istinadən məlumat verir.
Bildiriir ki, səlahiyyətlilər tərəfindən şirkətin Fransadakı müxtəlif filiallarına rəsmi məhkəmə öncəsi bildiriş göndərilib. Bu, həmçinin ana şirkətə də göndərilib.
Bunun insan hüquqlarının pozulması olduğu vurğulanır. Hüquqşünasların sözlərinə görə, minerallar Konqo Demokratik Respublikasından, xüsusən də Ruandaya ixrac edilir. Nəşr onların orada qanuniləşdiriləcəyini bildirir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma