Menyu

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

Nərmin Qocamanlı
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.

"Operativ Media" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”.

Teqlər:

"Prezident: T\u0259bii qaz t\u0259chizat\u00e7\u0131s\u0131 olan Az\u0259rbaycan Avropa \u00fc\u00e7\u00fcn ya\u015f\u0131l enerji t\u0259chizat\u00e7\u0131s\u0131 da olacaq"

Əlaqəli Xəbərlər