Menyu

İran və Çinin müdafiə nazirləri görüşüblər

Nərmin Qocamanlı
İran və Çinin müdafiə nazirləri görüşüblər


İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Qazaxıstanda çinli həmkarı Donq Jun ilə görüşüb və danışıqlar aparıb.

"Operativ Media" xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılmasını müzakirə ediblər.

Çinin son regional hadisələrlə bağlı mövqeyini, xüsusilə də İsrailin aprelin 1-də İranın Dəməşq konsulluğuna hücumu pisləməsini təqdir edən Aştiani bölgədəki son gərginliyin və Qəzzada yaşanan acınacaqlı vəziyyətin ABŞ-ın sabitliyi pozmasının nəticəsi olduğunu vurğulayıb.

İranın müdafiə naziri həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həlli üçün İran və Çin arasında əməkdaşlığın artırılmasını istəyib.

İranın Dəməşq səfirliyinin konsulluq bölməsində İsrail tərəfindən həyata keçirilən terror aktına toxunan Çinin müdafiə naziri İsrailin hərəkətinin beynəlxalq hüququ pozduğunu və Çinin İranın İsrailin hücumuna cavab vermək üçün qanuni haqqını dəstəklədiyini bildirib.

Tərəflər həmçinin Tehran və Pekin arasında müdafiə və hərbi əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar və mühasirədə olan Qəzza zolağında atəşkəs əldə etməyə çağırıblar.

 

Teqlər:

"\u0130ran v\u0259 \u00c7inin m\u00fcdafi\u0259 nazirl\u0259ri g\u00f6r\u00fc\u015f\u00fcbl\u0259r"

Əlaqəli Xəbərlər