İranın müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Nərmin Qocamanlı
İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Astanada qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jakssılıkovla görüşüb və danışıqlar aparıb.
"Operativ Media" xəbər verir ki, görüşdə tərəflər iki ölkənin potensialının artırılmasını və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıblar.
Jakssılıkov İranın müdafiə nazirini Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirlərinin İranın tamhüquqlu üzvlüyündən sonra iclasında ilk dəfə iştirakı münasibətilə təbrik edib və İranın ŞƏT-də mövcudluğunun təşkilatın proqram və missiyalarını gücləndirəcəyinə ümid etdiyini bildirib.
Həmçinin briqada generalı Aştiani təhsil və hərbi tibb sahələrində qarşılıqlı müdafiə əməkdaşlığını gücləndirməyə çağırıb.
İranın müdafiə naziri qazaxıstanlı həmkarını Tehrana səfərə dəvət edib və İranın ikitərəfli müdafiə əməkdaşlığını genişləndirməyə tam hazır olduğunu vurğulayıb.
Teqlər:
"\u0130ran\u0131n m\u00fcdafi\u0259 naziri qazax\u0131stanl\u0131 h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"