http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib

27 Aprel 2024 , 14:38
Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Sumqayıt şəhərində təşkil edilən növbəti aksiya görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub. Nazirliyin Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, budəfəki tədbirdə kollecin müəllim və tələbə heyəti tərəfindən asfiksiya, kliniki ölüm, bədbəxt hadisələr zamanı həyatı təhlükəni ortadan qaldırmaq, həyatı funksiyaların bərpası və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, maarifləndirici tədbir xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, yaxşılaşmanı asanlaşdırmaq, peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə) ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədilə təşkil olunub.

Tədbir iştirakçılarına görkəmli alim oftalmoloq akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sumqayıt Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən akademik Zərifə xanım Əliyevanın doğun gününə həsr olunan 101 rəqəmi vizual olaraq nümayiş etdirilib.

Həmçinin, “İlk tibbi yardım öyrən - həyat xilas et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.

Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Həmçinin, kollecin tələbələri mulyaj və insanlar üzərində ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş etdiriblər. Bundan əlavə, aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.

OXŞAR XƏBƏRLƏR
Bakıda və rayonlarda intensiv yağış yağıb - FAKTİKİ HAVA

Bakıda və rayonlarda intensiv yağış yağıb - FAKTİKİ HAVA

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

Daşınmaz əmlakın kirayəsi zamanı nə üçün müqavilə bağlanılmır?

Daşınmaz əmlakın kirayəsi zamanı nə üçün müqavilə bağlanılmır?

XƏBƏR LENTİ
  • 13:19

    Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub
  • 13:00

    Avropa Parlamentinin Prezidenti Ukraynada səfərdədir - FOTO
  • 12:20

    Bakı Şəhər DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib
  • 12:15

    Sabah hava necə olacaq?
  • 11:58

    Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar
  • 11:26

    Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək
    Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək
  • 11:25

    Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
    Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
  • 10:50

    Şahdağda qar, Xınalıqda sulu qar yağıb - FAKTİKİ HAVA
Menyu