Azərbaycan hərbçiləri “EFES - 2024” beynəlxalq təlimdə iştirak edirlər
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.
“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma