27 Aprel 2024, 18:37
İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb şəkil
İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

"Operativ Media"nın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?