Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb
Göygöl rayonu, Qızılca kəndində çətinkeçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.
"Operativ Media" xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.
Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net