“Xüsusi zolaqlar ayrıla, bəzi küçələrə giriş məhdudlaşa bilər. Bundan əvvəl keçirilən beynəlxalq tədbirlərdə nəqliyyatın hərəkətində bir sıra dəyişiklik edildi. Ehtimal olunur ki, bəzi dəyişiklər yenidən aktuallaşsın”.
Bunu “Operativ Media” ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı deyib.
Ekspertin sözlərinə görə, tədbir üçün yollarda xüsusi zolaq ayrıla bilər. Bununla yanaşı nəqliyyat axının təmin edilməsi üçün bir sıra dəyişiklər də mütləq olmalıdır.
“Avropa oyunlarında xüsusi zolaqlar ayrıldı. Tədbir iştirakçılarının rahat gedib gəlməsi üçün effektiv oldu. Nəzərə almaq lazımdır ki, bu tədbir iştirakçı sayına görə daha çoxdur. COP29 ekoloji təmiz dünya üçün ən mötəbər tədbirdir. Velosiped zolaqlarının sayı və uzunluğu da artırılacaq. Mərkəzi qərargah olan Bakı Olimpiya Stadionu yerləşmə yerinə görə şəhər nəqliyyatının əsas nəqliyyat girişlərindəndir. Qonaqların yerləşmə məkanları da elə Bakı Olimpiya Stadionu yaxınlığında seçilib. Amma digər hotellər demək olar ki, şəhərin mərkəzindədir. Ona görə də, nəqliyyatın hərəkətində sıxlıq yaranacaq. Sıxlığın tədbirin təşkilinə maneə yaratmaması üçün bəzi küçələr ümumi istifadə üçün bağlana bilər. Hətta təbdir günlərində dərslərə fasilə verilə, bəzi dövlət qurumlarının işi onlayn təşkil edilə bilər”.






