Menyu

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiyanın BMT Nizamnaməsi əsasında Ukrayna üzrə danışıqlara razı olacağına ümid edir

Nərmin Qocamanlı
Dövlət katibi: Birləşmiş Ştatlar Rusiyanın BMT Nizamnaməsi əsasında Ukrayna üzrə danışıqlara razı olacağına ümid edir
1 dəq oxu

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq hüquqa uyğun danışıqlara razı olacağına ümid etdiyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Blinken Ər-Riyadda Dünya İqtisadi Forumunda deyib.

"Ümid edirəm ki, (Rusiya - red.) beynəlxalq ictimaiyyətin və BMT Nizamnaməsinin əsasında duran əsas prinsiplərə uyğun olaraq səmimi danışıqlara hazır olduğunu nümayiş etdirəcək", - o, qeyd edib.

Əlaqəli Xəbərlər