22 Dekabr 2022, 20:23
Bakıda yol qəzası olub, bir nəfər ölüb
Bakıda yol qəzası olub, bir nəfər ölüb şəkil
Bakıda yol qəzası olub, bir nəfər ölüb

Bakıda yol qəzası zamanı bir nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, içərisində 1 nəfərin olduğu “Hyundai” markalı minik avtomobili yol kənarında maneəyə çırpılıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”,- deyə nazirliyin məlumatında qeyd olunub.

Son xəbərlər
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
25 Yanvar 2025, 14:05
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb