Menyu

"Blue Origin" şirkəti mayın 19-da növbəti ekipaj buraxılışını planlaşdırır

Nərmin Qocamanlı
"Blue Origin" şirkəti mayın 19-da növbəti ekipaj buraxılışını planlaşdırır
1 dəq oxu

"Blue Origin" mayın 19-da növbəti ekipaj missiyası "New Shepard" suborbital gəmisini işə salacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilib.

Bildirilib ki, buraxılış pəncərəsi Bakı vaxtı ilə saat 17:30-da açılacaq və kosmik gəmidə altı nəfər olacaq. Bu, "Blue Origin"in 2022-ci ildən bəri ilk ekipaj buraxılışı olacaq.

Qeyd edək ki, "Blue Origin" 2000-ci ildə "Amazon" sahibi Ceff Bezos tərəfindən təsis edilib. Şirkət kosmik gəmilər və ağır yük daşıyan raketlərlə yanaşı, həm də raket mühərrikləri istehsal edir.

Əlaqəli Xəbərlər