Menyu

İran və Çin arasında anlaşma memerandumu imzalanıb

Nərmin Qocamanlı
İran və Çin arasında anlaşma memerandumu imzalanıb

İran və Çin kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək üçün anlaşma memorandumu imzalayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu memorandum müxtəlif sahələrdə, o cümlədən bağçılıq, heyvandarlıq, əkinçilik, balıqçılıq və kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində əlaqələri genişləndirmək məqsədi daşıyır.

İranın kənd təsərrüfatı nazirinin müavini Kazem Xəvazinin və Çinin kənd təsərrüfatı nazirinin müavininin sədrliyi ilə keçirilən İran-Çin Birgə Əməkdaşlıq Komitəsinin beşinci iclasında iki ölkə arasında kənd təsərrüfatının birgə inkişafının vacibliyi vurğulanıb.

Teqlər:

"\u0130ran v\u0259 \u00c7in aras\u0131nda anla\u015fma memerandumu imzalan\u0131b"

Əlaqəli Xəbərlər