Belarus və Azərbaycan ildə 1000 traktor istehsal etməyi planlaşdırır
Nərmin Qocamanlı
Belarus və Azərbaycan traktorların birgə istehsalını ildə min ədədə çatdırmağı planlaşdırır.
"Operativ Media" BELTA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan beynəlxalq “Kənd təsərrüfatı” (“Caspian Agro”) sərgisi çərçivəsində jurnalistlərə “MTZ” ASC-nin baş direktoru Vitali Vovk bildirib.
"Azərbaycanda Gəncə Avtomobil Zavodu 2007-ci ildən MTZ-nin tərəfdaşıdır. Sərgi zamanı müəssisələr 725 avtomobil dəstinin tədarükünə dair müqavilə imzalayıblar. Əgər 2022-ci ildə Gəncədə 700 traktor, 2023-cü ildə 777 ədəd texnika istehsal edilibsə, 2024-cü ilin sonuna qədər min maşına çatdırılması planlaşdırılır, - Vitali Vovk qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net