Menyu

Almaniyada yanğın baş verib: 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Nərmin Qocamanlı
Almaniyada yanğın baş verib: 3 nəfər ölüb, 16 nəfər yaralanıb
1 dəq oxu

Almaniyanın Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə baş verən partlayışdan sonra yanğın baş verib.

"Operativ Media" xəbər verir ki, partlayışdan sonra yanğın baş verdiyi üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Alov yuxarı mərtəbələrə və park edilmiş avtomobillərə keçib. Çoxlu sayda mənzil sakini nərdivanlarla eyvandan çıxarılıb.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 3 nəfərin öldüyü, 16 nəfərin xəstəxanalara aparıldığı bildirilib. Yanğının səbəbi hələlik məlum deyil.

Əlaqəli Xəbərlər