Menyu

Kiyev döyüş meydanındakı ağır vəziyyətlə bağlı NATO-ya məlumat verib

Kiyev döyüş meydanındakı ağır vəziyyətlə bağlı NATO-ya məlumat verib

Ukrayna komandanlığı Brüsseldə keçirilən iclasda Şimali Atlantika Alyansı (NATO) ölkələrinin baş qərargah rəislərinin diqqətinə döyüş meydanında vəziyyətin ağır olduğunu çatdırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer iclasdan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna Baş Qərargahı döyüş meydanındakı vəziyyət barədə qapalı rabitə vasitəsilə məlumat verib: "Vəziyyət ciddi olaraq qalır; çatdırılmada gecikmələr mühüm rol oynayıb".

"Kiyevin münaqişədə qalib gəlməsi üçün hələ də gec deyil. Ukraynaya yeni silahlar göndərilir və onlar tezliklə çatacaq", - Bauer qeyd edib. 

Teqlər:

"Kiyev d\u00f6y\u00fc\u015f meydan\u0131ndak\u0131 a\u011f\u0131r v\u0259ziyy\u0259tl\u0259 ba\u011fl\u0131 NATO-ya m\u0259lumat verib"

Əlaqəli Xəbərlər