Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Nigeriyanın Kano əyalətində məsciddə baş verən partlayış nəticəsində 11 nəfər həyatını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Kano polisinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Abdullahi Haruna açıqlama verib.
Qeyd edilib ki, ilkin tapıntılara görə, hadisə dünən əyalətin Gezawa bölgəsindəki Laraba Abasawa kəndində səhər namazı zamanı neft barabanından qaynaqlanan partlayış nəticəsində baş verib.
Haruna əlavə edib ki, partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb.
Müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirən Haruna, ölənlərin sayının artacağından narahat olduqlarını bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net