Menyu

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Ərəb ölkələri Suriyaya qarşı tətbiq edilən birtərəfli məhdudiyyətlərin aradan qaldırılmasının, o cümlədən qaçqınların geri qayıtması üçün lazımi şəraitin yaradılmasının tərəfdarıdır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Bəhreynin paytaxtında keçirilən Ərəb Liqasının sammitinin yekun bəyannaməsində deyilir.

Sənəddə qeyd edilir: "Biz suriyalı qaçqınların öz ölkələrinə ləyaqətli, təhlükəsiz və könüllü qayıtmasına nail olmaq üçün müvafiq şəraitin yaradılmasının, o cümlədən Suriyaya qarşı tətbiq edilən birtərəfli məcburi tədbirlərin ləğv edilməsinin vacibliyini vurğulayırıq".

Sammit iştirakçıları həmçinin Suriya böhranının respublikanın təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edəcək şəkildə həllinin zəruriliyini təsdiqləyiblər. Bəyannamə müəllifləri əlavə ediblər ki, onlar Suriyanın daxili işlərinə müdaxiləni rədd edir.
 

Teqlər:

"\u018fr\u0259b \u00f6lk\u0259l\u0259ri Suriyaya qar\u015f\u0131 birt\u0259r\u0259fli m\u0259hdudiyy\u0259tl\u0259ri aradan qald\u0131rma\u011fa \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər