Menyu

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Papa I Fransisk gələn il Nikea Birinci Ekumenik Şurasının ildönümünü qeyd etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, xristianlığın ilk əsrləri İsanın necə həm Allah, həm də insan ola biləcəyi ilə bağlı qızğın mübahisələrlə yadda qalıb və Kilsə bu məsələni 325-ci ildə Nikea Birinci Ekumenik Şurasında həll edib.

Qeyd edilib ki, Fransisk Nikea Birinci Ekumenik Şurasının şəhəri olan İznikə yola düşməzdən əvvəl İstanbuldakı Konstantinopol Ekumenik Patriarxlığını ziyarət etmək niyyətindədir.

Ekumenik Patriarx Varfolomey də səfərin təşkili üçün komissiyanın yaradıldığını və Vatikanın yaxın vaxtlarda bu məsələ ilə bağlı Türkiyə hökuməti ilə əlaqə saxlayacağını bildirib.

Teqlər:

"Roma Papas\u0131 g\u0259l\u0259n il T\u00fcrkiy\u0259y\u0259 s\u0259f\u0259r ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər