Menyu

Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

İraqın suverenliyi və ərazi bütövlüyünə bütün dövlətlər tərəfindən hörmət edilməlidir. 

"Operativ Media" xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuanq deyib.

"Çin mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsində, regional sülh və sabitliyin birgə qorunmasında İraqı və digər region ölkələrini dəstəkləyir. Bütün maraqlı tərəflər İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli, problemləri İraq hökuməti ilə əməkdaşlıq yolu ilə həll etməli və birtərəfli qaydada hər hansı bir hərəkətdən çəkinməlidirlər", - deyə o, dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib.

Çin diplomatı əlavə edib ki, beynəlxalq ictimaiyyət terrorla mübarizə imkanlarının artırılması və qalan terrorçu qüvvələrin məhv edilməsində İraqa dəstəyini davam etdirməlidir.

Teqlər:

"\u00c7inin BMT-d\u0259ki missiyas\u0131: \u0130raq\u0131n suverenliyin\u0259 b\u00fct\u00fcn \u00f6lk\u0259l\u0259r h\u00f6rm\u0259t etm\u0259lidir"

Əlaqəli Xəbərlər