Qəzzada son 24 saat ərzində İsrailin hücumları nəticəsində 31 nəfər ölüb, 56 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada ölənlərin sayı 35 min 303-ə, yaralananların sayı isə 79 min 261 nəfərə çatıb.