Menyu

İsrail XİN: Həm məhkəmədə, həm də döyüş meydanında özümüzü müdafiə edəcəyik

İsrail XİN: Həm məhkəmədə, həm də döyüş meydanında özümüzü müdafiə edəcəyik

İsrail heç kimin özünümüdafiə hüququnu şübhə altına almasına icazə verməyəcək və həm hüquqi cəbhədə, həm də döyüş meydanında mübarizəni davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz Beynəlxalq Haaqa Məhkəməsində Cənubi Afrikanın Qəzza zolağındakı hərəkətlərinə görə İsrail dövlətinə qarşı iddia ilə bağlı keçirilən dinləmələri şərh edərkən deyib.

"Bizi BMT Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın ikiüzlülüyünə qarşı şərəf və qürurla təmsil etdiyinə görə İsrail hüquq komandamıza təşəkkür edirəm. HƏMAS təcavüzkarlarının min dəfə yalan söyləməsi bunu doğru etmir. Biz 132 girovumuzun hamısı geri qaytarılana qədər İsrailin özünümüdafiə hüququndan istifadə etməsinə nail olacağıq", - Katz qeyd edib.

Teqlər:

"\u0130srail X\u0130N: H\u0259m m\u0259hk\u0259m\u0259d\u0259 h\u0259m d\u0259 d\u00f6y\u00fc\u015f meydan\u0131nda \u00f6z\u00fcm\u00fcz\u00fc m\u00fcdafi\u0259 ed\u0259c\u0259yik"

Əlaqəli Xəbərlər