Almaniya XİN: Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləməyə hazırıq
Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniyanın Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya XİN "X"də paylaşım edib.
"Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var. Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstək verməyə davam etməyə hazır olduğunu vurğulayıb", - paylaşımda qeyd edilib.
"İndi dialoqun davam etdirilməsi son dərəcə vacibdir", - Almaniya Xarici İşlər Nazirliyi vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net