Kann kinofestivalında HƏMAS-ın hücumundan bəhs edən İsrail filmi ləğv edilib
77-ci Kann Film Festivalı çərçivəsində planlaşdırılan İsrail istehsalı olan "Bearing Witness (2023)" filminin nümayişi təhlükəsizlik səbəbi ilə təxirə salınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Agence France-Press" məlumat yayıb.
Film Fələstinin HƏMAS qruplaşmasının İsrail şəhərlərinə hücumundan bəhs edir. Filmə 7 oktyabr 2023-cü il hücumunun şahidləri və fələstinli yaraqlıların özləri tərəfindən lentə alınan kadrlar daxildir. Agentliyin qeyd edib ki, film cümə günü axşam özəl nümayiş çərçivəsində müsabiqədənkənar nümayiş etdirilməli idi. Lakin son anda tədbir əlavə təfərrüat verilmədən təhlükəsizlik səbəbindən ləğv edilib.
Teqlər:
"Kann kinofestival\u0131nda H\u018fMAS-\u0131n h\u00fccumundan b\u0259hs ed\u0259n \u0130srail filmi l\u0259\u011fv edilib"