Menyu

Türkiyədə hərbi avtomobil aşıb, 11 əsgər yaralanıb

Nərmin Qocamanlı
Türkiyədə hərbi avtomobil aşıb, 11 əsgər yaralanıb
1 dəq oxu

 

Türkiyədə Van şəhərinin Esenyamaç bölgəsində patrul xidməti aparan hərbi avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

"Operativ Media" xəbər verir ki,  qəza nəticəsində 11 əsgər yaralanıb. Hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. Yaralı əsgərlər təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 6 əsgər Van Region Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Digər yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Əlaqəli Xəbərlər