Britaniyanın müdafiə naziri: London Rusiya ilə döyüşmək istəmir
Böyük Britaniya hakimiyyəti Rusiya ilə birbaşa hərbi münaqişəyə girmək istəmir.
"Operativ Media" xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps Kral Hərbi Hava Qüvvələrinin nə üçün İsrailə İran tərəfindən buraxılan raket və pilotsuz təyyarələri tutmağa kömək etdiyi, lakin Ukrayna məsələsində analoji dəstəyin göstərilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Biz Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmaq istəmirik", - o, BBC-yə müsahibəsində deyib: "Biz gedib bu müharibədə döyüşmək niyyətində deyilik".
Şappsın sözlərinə görə, İsrail və Ukraynada vəziyyət çox fərqlidir.
Teqlər:
"Britaniyan\u0131n m\u00fcdafi\u0259 naziri: London Rusiya il\u0259 d\u00f6y\u00fc\u015fm\u0259k ist\u0259mir"